Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 20:51
İbizada tətildə olarkən müəmmalı bir xəstəlik keçirən 26 yaşlı körpələr evi işçisi Hayley Bray əvvəlcə iflic olmuş, sonra isə aparatsız nəfəs ala bilməmişdir.Heç bir problem yaşamayan gənc qadının, bir müddətdən sonra dizləri agrımaya başladı. Getdikcə oynaqları hissiyyatını itirirdi.Bədbəxt qadın aparatsız nəfəs ala bilmirdi və o İspaniyadakı bir xəstəxanaya aparıldı və üç həftəlik qan təmizlənməsi proseduru edildi.
Sonxeber.net saqlamhəyat.az-a istinadən bildirir ki, Hayley, müalicəsini İngiltərədəki bir xəstəxanada davam etdirmək üçün hava yolları təcili yardımı ilə xəstəxanaya aparıldı.
Mütəxəssislər Hayleyin sidik yollarına ifeksiya yoluxduğunu düşünsələr də, gənc qadının vəziyyəti birdən pisləşdi.
İngiltərədə vəziyyəti yaxşılaşan Hayley Bray, indi tək nəfəs ala, püre yeyə bilir, ancaq mədə əzələləri hələ çox zəif olduğuna görə traxeyadan deliklər qazmaqla bir traxeotomiya edilir.
Hayleyi bu vəziyyətə gətirən xəstəlik hələ də sirr olaraq qalır. Həkimlər mövzu ilə əlaqədar araşdırmalarını davam etdirir.