Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhəmməd Zərif Bakıya niyə gəlir?

Məhəmməd Zərif Bakıya niyə gəlir?

Tarix: 24 May 2021 17:48

İranın xarici işlər naziri Məhəmməd Zərifin Azərbaycana və Ermənistana səfər etməkdə məqsədi nədir? Axı bir aydan da az müddətdə İranda prezident seçkisi keçiriləcək və hazırki dövlət başçısı Həsən Ruhani, o cümlədən Zərif vəzifələrini tərk edəcəklər. Yəni İran-Ermənistan və İran-Azərbaycan münasibətlərinin gələcəyi artıq Zərifi narahat etməməlidir. Belə isə Zərifi sağollaşmağamı gəlir?

Sonxeber.net xəbər verir ki, politoloq Elxan Şahinoğlu Zərifin bölgəyə gəlişini qısaca şərh edib.

"Səfərin məqsədi nə olursa-olsun, Bakıda İranın xarici işlər nazirinə aşağıdakı suallar verilməlidir:

1. Tehran Azərbaycan-Ermənistan sərhəddinin müəyyənləşməsindən niyə narahatdır?
2. Tehran görüntüləri yayınlanan İran yük maşınlarının Qarabağa keçməsinin qarşısını niyə almır?
3. İran sərhədçiləri Azərbaycana narkotik keçirmək istəyən silahlı qruplarla mübarizəni niyə gücləndirmir?

İranda bütün diqqətlər prezident seçkisinə yönəlib. Ona görə postunu tərk etməyə hazırlaşan Zərifin bölgəyə səfərinin konkret nəticələri olmayacaq. Bütün hallarda suallarımızı səsləndirməliyik ki, İranın növbəti prezidenti və xarici işlər naziri nədən narazı qaldığımızı indidən bilsinlər. Bizə o da aydındır ki, Ermənistan Azərbaycanla İran arasında problemlərin dərinləşməsini istəyir. Bu isə nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Bunu İrandakı siyasi və ekspert dairələrinin anlaması lazımdır",- siyasi ekspert deyib.


Etiketlər:  Məhəmməd Zərif Bakıya niyə gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ