Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 10:02
Çinin Uyğur Muxtar Vilayətinin inzibati mərkəzindən - Urumçi şəhərindən Zejianq əyalətinin Hançjou şəhərinə gedən sərnişin qatarı dəmir yolu xətti üzərindəki işçiləri vurub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 9 dəmir yolu işçisi dünyasını dəyişib.
Hadisə Qansu vilayətinin Jinçanq mahalında yolun 401 kilometrliyində qeydə alınıb.
Qataraın tam sürətlə hərəkət etdiyi bildirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.