Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Proqnoz: yayın sonunda Avropada koronavirusun "Delta" ştammı dominantlıq edəcək

Proqnoz: yayın sonunda Avropada koronavirusun

Tarix: 25 Iyun 2021 21:10

Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Avropa Mərkəzi (ECDC) avqust ayının sonlarına qədər Avropa İttifaqında yoluxmaların 90 faizinin koronavirusun "Delta" ştammının payına düşəcəyini proqnozlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu proqnozu ECDC-nin direktoru Andrea Ammon səsləndirib.

"Mövcud elmi məlumatlar onu deməyə əsas verir ki, "Delta" variantı koronavirusun dövriyyədə olan digər ştammlarından daha çox yoluxucudur və biz onun avqust ayının sonunadək Avropa İttifaqında dövr edən bütün SARS-CoV-2 viruslarının 90 faizini təşkil edəcəyini düşünürük", - deyə Andrea Ammon bildirib.

İlkin məlumatlara əsasən, peyvəndin bir dozasını vurduran insanlara da "Delta" ştammı ilə yoluxa bilər. Eyni zamanda, hazırda mövcud olan peyvəndlərdən hər hansı birinin iki dozası koronavirusun bu variantından yüksək qorumanı təmin edir.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, COVID-19 infeksiyasının "Delta" ştammı dünyanın 85-dən çox ölkəsində qeydə alınıb.

Milli.Az


Etiketlər:  Proqnoz yayın sonunda Avropada koronavirusun Delta ştammı dominantlıq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ