Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 09:18
Almaniyanın idman geyimi istehsalçısı "Adidas" özünün törəmə şirkəti olan "Reebok"un satışına dair saziş imzalayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bəyanatda "Reebok"un ABŞ-ın "Authentic Brands Group" şirkətinə satıldığı bildirilib. Həmçinin, müqavilənin dəyərinin 2.1 milyard avro olduğu qeyd edilib.
Satış əməliyyatının 2022-ci ilin ilk rübündə tamamlanacağı vurğulanıb.
Xatırladaq ki, "Adidas" "Reebok"u 2006-cı ildə əldə edib.