Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan Prezidenti: 2030-cu ilə qədər Qazaxıstanda elektrik enerjisi qıtlığı yaranacaq

Qazaxıstan Prezidenti: 2030-cu ilə qədər Qazaxıstanda elektrik enerjisi qıtlığı yaranacaq

Tarix: 1 Sentyabr 2021 22:12

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə və "Samruk-Kazyna" şirkətinə təhlükəsiz ekoloji nüvə enerjisi imkanlarını öyrənməyi tapşırıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısı xalqa müraciətində bildirib.

Prezidentin sözlərinə görə, 2030-cu ildə Qazaxıstanda elektrik enerjisi qıtlığı yaranacaq. Dünya təcrübəsi ən optimal çıxış yolunu göstərir, bu da dinc məqsədlərlə atom enerjisidir.

Xatırladaq ki, 2019-cu ilin yazında Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Moskvada danışıqlar apararkən, Qazaxıstanda Rusiya texnologiyalarından istifadə edərək AES tikməyi təklif etmişdi. Qazaxıstan tərəfi isə AES-in inşası ilə bağlı son qərarı ölkə sakinlərinin fikirlərini nəzərə alaraq verəcəyini bildirib.


Etiketlər:  Qazaxıstan Prezidenti 2030 ilə qədər Qazaxıstanda elektrik enerjisi qıtlığı yaranacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ