Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səni işə götürdüm, əvəzində nə olacaq?” - Bələdiyyə sədrinə qarşı qalmaqallı təcavüz iddiası

“Səni işə götürdüm, əvəzində nə olacaq?” - Bələdiyyə sədrinə qarşı qalmaqallı təcavüz iddiası

Tarix: 15 Noyabr 2021 14:56

Türkiyənin Cümhuriyyət Xalq Partiyası növbəti qalmaqalla gündəmə gəlib.

Partiyanın Kıyıköy rayonu üzrə bələdiyyə sədri Əndər Sevincin işə götürdüyü 4 qadına təcavüz etdiyi irəli sürülüb.

İddialara görə, bələdiyyə sədri işə götürdüyü qadınlara əxlaqsız təkliflər edib. Bələdiyyə sədri işə götürmək qarşılığında qadınları yaxınlıq etməyə məcbur edib.

Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, cinayət işi açılan Sevinçin işə götürdüyü qıza "səni işə götürdüm, əvəzini nə olacaq?" sözlərini işlətdiyi iddia edilib.

Qadınlardan biri şikayətində bildirib ki, sədr onu içki məkanına dəvət edib. Bələdiyyə sədri qadına deyib ki, işə götürdüyü üçün xanımın ona vəfa borcu var. Bu borcu da yaxınlıq edərək ödəməlidir. Ardınca isə bələdiyyə sədri qadının əlindən tutaraq, ona yaxınlaşamağa cəhd edib.

Bələdiyyə sədri isə iddiaları rədd edir.


Etiketlər:  Səni işə götürdüm əvəzində olacaq Bələdiyyə sədrinə qarşı qalmaqallı təcavüz iddiası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ