Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 01:34
Kanadada şagirdi şirnikləndirib zorlamaqda ittiham olunan xanım müəllimin məhkəməsi başlayıb.
Sonxeber.net CTV News-ə istinadən xəbər verib ki, 27 yaşlı Rebekka Linn Makkubbin dekabrın 16-da azyaşlıya təcavüz və cinsi istismar ittihamı ilə həbs edilib. Cinsi açıqlanmayan yeniyetmə müstəqil şəkildə polisə müraciət edərək 2021-ci ilin yanvar ayından müəllim tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qaldığını bildirib.
Makkabinin işlədiyi Eagle Butte Liseyinin rəhbərliyi cinayət məlum olan kimi onun işdən çıxarıldığını bildirib. Məktəb nümayəndələri istintaqa hərtərəfli köməklik göstərməyə hazırdır. Hazırda Makkubbin həbsdən azad edilib, lakin ona yaşı 18-dən az olan şəxslərlə ünsiyyət qurmaq, yetkinlik yaşına çatmayanların toplaşa biləcəyi yerlərdə olmaq qadağan edilib. Növbəti məhkəmə iclası 27 yanvar 2022-ci il tarixinə təyin edilib.
Anar Əli