Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 11:26
Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-35A döyüş təyyarəsi təlim uçuşu zamanı təcili eniş edib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, qırıcı Seuldan 151 kilometr cənubda yerləşən Sosan aviabazasındakı uçuş-enmə zolağına "arxası üstə" düşüb.
Təcili enişin səbəbi şassinin qısamüddətli nasazlığı olub.
Pilot xəsarət almayıb.
Qeyd edək ki, 2013-cü ildə Cənubi Koreya qırıcı arsenalının yenilənməsi çərçivəsində ABŞ-dan 40 ədəd F-35A təyyarəsi almağa qərar verib.