Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komarovski baş ağrısının müalicəsində yol verilən səhvdən danışdı

Komarovski baş ağrısının müalicəsində yol verilən səhvdən danışdı

Tarix: 20 Fevral 2022 23:36

Həkim və teleaparıcı Yevgeni Komarovski şiddətli baş ağrıları üçün hansı həblərin faydasız olduğunu qeyd edib. 

Sonxeber.net xəbər verir ki, bu barədə tanınmış pediatr Ukrayna telekanalına danışıb. 

Onun sözlərinə görə, bu halda steroid olmayan antiinflamatuar dərmanları həb şəklində içməyin mənası yoxdur. Güclü ağrı səbəbilə vazospazm meydana gələ bilər ki, bu da həbin mədədə "yatmasına" və udulmamasına səbəb olacaq. Komarovskinin fikrincə, dərmanı maye şəklində istifadə etmək yaxşıdır. Məsələn, sirop.

Bundan əlavə, həkim baş ağrısı və miqren arasında əhəmiyyətli fərqin olduğunu qeyd edib:

"Miqren ağrısı epizodik olaraq təkrarlanacaq və paroksismal xarakter daşıyacaq. Həmçinin bu vəziyyətdə ağrı xarici stimullara qarşı həssaslığın artması ilə müşayiət oluna və ürəkbulanmaya səbəb ola bilər". (publika.az)


Etiketlər:  Komarovski baş ağrısının müalicəsində verilən səhvdən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ