Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden ABŞ-ın Avropada kimyəvi silahlarının olmasını təkzib etdi

Bayden ABŞ-ın Avropada kimyəvi silahlarının olmasını təkzib etdi

Tarix: 22 Mart 2022 10:32

Amerika Prezidenti Cozef Bayden ABŞ-ın Avropada bioloji və kimyəvi silahlarının olması ilə bağlı fərziyyələrin doğru olmadığını bildirib.

Bu barədə report ABŞ mətbuatına istinadən xəbər verir.

"Amerikanın Avropada bioloji, eləcə də kimyəvi silahlara malik olması ilə bağlı iddialar sadəcə doğru deyil. Mən sizə zəmanət verirəm", - Amerika lideri Ukrayna ətrafında vəziyyətlə bağlı biznesmenlərlə görüşündə deyib.

"Onlar (Rusiya-red) həmçinin Ukraynanın bioloji silahlara malik olduğunu irəli sürürlər", - ABŞ rəhbəri qeyd edib. Bayden bunun Rusiya hakimiyyətinin həmin silahların hər iki növündən istifadəni araşdırdığını göstərən aydın işarə olduğunu vurğulayıb.


Etiketlər:  Bayden ABŞ Avropada kimyəvi silahlarının olmasını təkzib etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ