Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı oliqarx Avropadan İsrailə köçür?

Rusiyalı oliqarx Avropadan İsrailə köçür?

Tarix: 25 Mart 2022 23:50

11,4 milyard dollar sərvətə sahib rusiyalı oliqarx Mixail Proxorov İsveçrədən İsrailə gedib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Detali" nəşri yayıb. 

Məlumata görə, rusiyalı milyarder martın 24-ü "El Al" aviaşirkətinin müntəzəm reysi ilə İsveçrədən İsrailə yollanıb.

Bildirilir ki, Proxorovun İsraildə qalıb-qalmayacağı və ya onun səfərinin məqsədi hələlik bəlli deyil. 

Nəşrin mənbəsinin verdiyi məlumata görə, biznesmen hava limanında bildirib ki, repatriasiya etmək niyyətindədir. Proxorovun bunun üçün ana nənəsinin yəhudi olmasını sübut etməli olacağı güman edilir.

Milli.Az


Etiketlər:  Rusiyalı oliqarx Avropadan İsrailə köçür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ