Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 12:00
Moskvanın "Lokomotiv" klubunda seleksiyaçısı vəzifəsini icra edən Aleksandr Səmədov komandada tutduğu postu tərk etdiyini təsdiqləyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, A. Səmədov klubla əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib.
Daha əvvəl isə rusiyanın bir neçə nüfuzlu idman nəşri əslən azərbaycanlı olan Aleksandr Səmədovun Moskvanın "Lokomotiv" klubunun gənclərdən ibarət futbol komandasının baş seleksiyaçısı vəzifəsindən uzaqlaşdırılıdığını yazmışdı.
Məlumat üçün qeyd edək ki, A. Səmədov futbolçu karyerasını 2019-cu bitirib.