Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meymunçiçəyinə yoluxan həkim VİDEO paylaşdı

Meymunçiçəyinə yoluxan həkim VİDEO paylaşdı

Tarix: 17 Iyun 2022 21:54

"TikTok"da "thatgaydoctor" ləqəbi ilə tanınan, əsl kimliyini gizli saxlayan Çikaqolu həkim meymunçiçəyinə yoluxduğunu bildirib. 

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, amerikalı həkim Tik-Tokda video paylaşaraq bədənində əmələ gələn qabarcıqları və yaraları göstərib. 

"İnana bilmədim, əvvəllər düşünürdüm ki, meymunçiçəyi çox nadirdir, lakin bu, onun yoluxucu olduğunu göstərir. İnsanları məlumatlandırmaq üçün bu görüntüləri paylaşıram. Bir səhər oyananda limfa düyünlərimin şişdiyini gördüm, bütün günü özümü inanılmaz dərəcədə yorğun və əzgin hiss etdim. Tərlədim, bədənin müxtəlif yerlərində qəribə qabarcıqlar görünməyə başladı. Üzümdə, boynumda, qollarımda və kürəyimdə səpkilər əmələ gəldi. Gördüyünüz kimi, limfa düyünləri çox şişib. Özümü o qədər yorğun hiss edirəm ki, 15 saat yatmışam, hələ də gözlərimi açmaqda çətinlik çəkirəm", - həkim qeyd edib.

Afrikanın qərbində aşkar edilən bu xəstəlik mayın sonundan endemik olmayan ölkələrdə də aşkarlanıb. Hazırda ən çox yoluxma halları İngiltərə, İspaniya və Portuqaliya kimi Avropa ölkələrində, ABŞ-da qeydə alınıb. (publika.az)


Etiketlər:  Meymunçiçəyinə yoluxan həkim VİDEO paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ