Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavad Xan türbəsi niyə bağlıdır? - AÇIQLAMA

Cavad Xan türbəsi niyə bağlıdır? - AÇIQLAMA

Tarix: 25 Iyun 2022 17:38

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Cavad Xanın türbəsinin hasara alınaraq, qapısına qıfıl vurulması ilə bağlı xəbər yayılıb. 

Gəncə şəhərinin mərkəzində yerləşən türbənin uzun müddətdir ki, ziyarətçilərin üzünə bağlı olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Sosial şəbəkə istifadəçiəri türbənin qapısının bağlı olmasından narazılıqlarını dilə gətiriblər. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın yerli bürosuna açıqlama verən Gəncə İcra Hakimiyyəti Başçısı Aparatının İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov qeyd edib ki, yazılanlar həqiqəti əks etdirmir: 

"Gəncənin qəhrəmanlıq simvolu sayılan Cavad Xanın türbəsinin guya hasarlandığı və qıfıllandığı ilə bağlı sosial şəbəkələrdə yazılanlar heç bir reallığı əks etdirmir və bu cəfəngiyatdır. O türbə bir tarixi abidədir və dövlət tərəfindən mühafizə olunur".  

Onun sözlərinə görə türbə müvafiq vaxtlarda ziyatərçilər üçün açıq olur:  

"Türbənin həm təmizliyini və təhlikəsizliyini qorumaq məqsədilə bütün muzeylər və tarixi abidələr kimi Cavad Xan türbəsi də yalnız müvafiq zaman müddətində açıq olur. Həmin türbəyə nəzarət edən məsul şəxs var və ziyarət üçün müraciət olunduğu təqdirdə günün istənilən vaxtında türbənin qapıları açılır".  

Milli.Az


Etiketlər:  Cavad Xan türbəsi niyə bağlıdır AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ