Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 13:55
Aktyor Corc Qafarov dövlət tərəfindən mənzillə təmin olunması haqda danışıb.
Sonxeber.net xəbər verir ki, bu barədə sənətçi olay-a açıqlama verib. C. Qafarov deyib ki, ev üçün 1 il əvvəl müraciət edib:
"Xəbəri eşidəndə təəssüratlarım gözəl oldu. Dövlət himayəsində böyüyüb, adıma əmlak olmadığı üçün bir mənzil ayrıldı. Bir il əvvəl müraciət etmişdim. Dörd ay sonra qardaşıma ev verildi, indi də mənə".
Aktyor sosial şəbəkələrdə mövzu barədə onamənfi şərh yazanlardan da söz açıb:
"Tənqidlərə münasibətim normal olur. Üzdə olan insanlara hər zaman həm tənqid, həm də tərif yazanlar ola bilər. Bu normaldır".