Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir zamanların seks-simvolu hesab olunan Hollivud ulduzu indi 270 kq-dır - FOTO

Bir zamanların seks-simvolu hesab olunan Hollivud ulduzu indi 270 kq-dır - FOTO

Tarix: 28 Iyul 2022 11:10

Amerikalı rejissor Darren Aronofskinin çəkdiyi "Balina" ("The Whale") filmindən ilk kadrın nümayişi Brendan Freyzer pərəstişkarlarını heyrətə gətirib.

Belə ki, "Cəngəllikdən Çıxmış Corc" ("George of the Jungle"), "Mumiya" ("The Mummy") kimi filmlərindəki rolları ilə tanınan və bir zamanların seks-simvolu hesab edilən aktyor həddindən artıq kökəlmiş vəziyyətdə tamaşaçıların qarşısına çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Freyzer filmdə piylənmədən əziyyət çəkən ortayaşlı Çarlini canlandırır. Sevgi macərası səbəbindən ailəsini tərk edən Çarli yeniyetmə qızı ilə münasibətləri düzəltmək üçün ümidsizcəsinə səy göstərir, günahkarlıq hissini basdırmaq üçün isə o, həddən artıq yeməyə başlayır.

Yeri gəlmişkən, Brendan bir il əvvəl də Nyu-Yorkda Tribeka Film Festivalının qırmızı xalısında görünüşü ilə pərəstişkarlarını şoka salmışdı.

Milli.Az


Etiketlər:  Bir zamanların seks simvolu hesab olunan Hollivud ulduzu indi 270 kq dır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ