Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2019 12:45
Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbulda güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar Rixter cədvəli ilə 4,7 bal gücündə qeydə alınıb.
Məlumata görə, zəlzələnin episentri yerin 4,7 kilometr dərinliyində olub.
Yeraltı təkanlar qonşu vilayətlərdə də hiss olunub.
Zəlzələ nəticəsində hər hansı bir itki və ya fəsad qeydə alınmasa da, sakinlər təşvişə düşüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin