Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bloomberg'': Ekvador ''OPEC'' təşkilatnı 2020-ci ilin yanvarında tərk edir

''Bloomberg'': Ekvador ''OPEC'' təşkilatnı 2020-ci ilin yanvarında tərk edir

Tarix: 2 Oktyabr 2019 00:48

Bakı. Trend:

Ekvador neft ixrac edən ölkələr təşkilatından("OPEC") 2020-ci ilin yanvarın 1-dən öz çıxışını elan edəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Bloomberg" media şirkəti ölkənin Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin fikrincə, belə bir addım ölkənin öhdəsindən gəlməli olduğu maliyyə sabitliyi ilə əlaqəli çətinliklər və daxili problemlərlə bağlıdır.

Qeyd edək ki, Ekvador 1973-cü ildə OPEC-ə üzv olub, 1992-ci ildə isə ölkə bu təşkilata üzvlüyünü dayandırıb və yenədə 2007-ci ildə bu təşkilata qoşulub. Ekvadorun neft ehtiyatları 8,3 milyard barel neftlə qiymətləndirilir. 2018-ci ildə gündəlik neft hasilatı 517 min barel təşkil edirdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bloomberg Ekvador OPEC təşkilatnı 2020 ilin yanvarında tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ