Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 22:38
"Rusiyanın Ukraynaya kütləvi raket zərbələri endirməsi Krım körpüsünün dağıdılması ilə əlaqəli deyil".
Bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.
"Krım körpüsünün dağıdılması mediada daha çox əks-səda doğurdu. Məhz media Krım körpüsü məsələsini buna aid edir. Amma bu səviyyədə olan zərbələrə real hazırlıq ən azı bir-iki həftə çəkir. Buna sentyabrın sonu və ya oktyabrın əvvəlindən hazırlaşırdılar. Krım körpüsü olmasaydı, başqa səbəb olacaqdı", - ekspert bildirib.
Svitanın iddiasına görə, bütün bunlar ABŞ və Rusiya arasında yaxın gələcəkdə planlaşdırılan danışıqlarla bağlıdır:
"Bura Böyük Britaniya, Fransa və Almaniya da aiddir. Həmişə belə təkliflərdən əvvəl Putin danışıqlarda payı yüksəltmək üçün çətinliyi artırır. Bu səviyyədə istənilən danışıqlar və bu cür danışıqlara hazırlıq ölümlə nəticələnir.
İndiyədək olan danışıqları xatırlayın, bunların hamısı belə kütləvi atəşlərlə müşayiət olunub. Məsələn, taxıl sazişi üzrə danışıqlar. İstanbuldakı danışıqlardan əvvəl Vinnitsaya hücum edilmişdi. Ərdoğanın təklif etdiyi danışıqlardan əvvəl Putin gərginliyi artırmışdı. Bütün bunlar həyat ticarəti üçün baş verir".