Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda insident: Ucadan telefonla danışdığı üçün qadını bıçaqladı - FOTO

Metroda insident: Ucadan telefonla danışdığı üçün qadını bıçaqladı - FOTO

Tarix: 2 Dekabr 2022 09:42

Rusiyanın Moskva metrosunda qadın sərnişin telefonla ucadan danışdığı üçün digər qadının üzünə bıçaqla xəsarət yetirib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edilir ki, insident "Qovorovo" və "Minskaya" stansiyaları arasında hərəkət edən qatarın vaqonunda baş verib. Telefonla yüksək səslə danışıq üstündə iki qadın arasında mübahisə yaranıb.

"50 yaşlı cinayətkar 36 yaşlı qadına hədə-qorxu gələrək, onun üzünə bıçaqla xəsarət yetirib", - deyə bildirilib. Daha sonra şübhəli vaqondan düşərək qaçıb.

Zərərçəkmiş digər stansiyada düşüb, bundan sonra kömək üçün polisə müraciət edib.

Şübhəli şəxs metronun "Oktyabrskoye Pole" stansiyasında saxlanılıb. 50 yaşlı qadından turist bıçağı götürülüb. Onun barəsində cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Metroda insident Ucadan telefonla danışdığı üçün qadını bıçaqladı FOTO


RƏYLƏR