Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur qrup zəlzələ bölgəsinə 250 min dollar ianə etdi - FOTO

Məşhur qrup zəlzələ bölgəsinə 250 min dollar ianə etdi - FOTO

Tarix: 16 Fevral 2023 10:12

Dünyaca məşhur ağır metal qrupu "Metallica" Türkiyə və Suriyanı silkələyən zəlzələlərə biganə qalmayıb və zəlzələ bölgəsinə 250 min dollar ianə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qrupun "Twitter" səhifəsində açıqlama verilib.

"Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən dağıntıları təsvir etməyə söz tapa bilmirik. 7,8 bal gücündə zəlzələ bütün bölgəni dağıntılar altında qoydu. Ölənlərin sayı artmaqda davam edir, faciəvi şəkildə 36 mini keçib...", - deyə paylaşımda qeyd edilib.

Bundan əlavə, qrup "All Within My Hands" xeyriyyə təşkilatı vasitəsilə hər biri 125 000 dollar olmaqla (ümumilikdə 250 min dollar) regionda fəaliyyət göstərən "Direct Relief" və "World Central Kitchen"a xeyriyyə cəmiyyətlərinə ianə etdiyini bildirib.

Milli.Az


Etiketlər:  Məşhur qrup zəlzələ bölgəsinə 250 min dollar ianə etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ