Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Milyonlarla büdcə" yeyildi, Qarabağ müharibəsi haqda film çəkilmədi"

Tarix: 16 Mart 2023 22:51

Aktyor Corc Qafarov sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor instaqramda İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin hazırlıq çəkilişlərindən video paylaşaraq ekran işinin lentə alınmadığını bildirib:

"Filmin adı "Milyonlarla büdcə"... Bu kadrlar çəkilişə hazırlıq prosesidir və təlimdir. Keçən il İkinci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki, böyük miqdarda pullar yeyildi. Kim necə yedi, orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən öz şəxsimə danışıram ki, mən o çəkilişə pula görə deyil, borc bilib razılıq verdim".

Təlimlərə görə yola düşdük, 1 aya yaxın orada yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətçi deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalı idiniz və bütün aktyorlara qulluq etməliydiniz, etmədiniz. Bu əziyyətə görə, biz az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa, mənəvi tərəfdən yarıyardınız. Mən vicdanlı olanlar tərəfindəyəm, pul yeyənlər tərəfində deyiləm. Mən dünyaya işıq saçan insanlar tərəfindəyəm. Mən nə edirəmsə, təmiz iş görürəm. İşimə, həyatıma siz keyfiyyətsiz adamların bir ömrü dəyməz. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim yoxdur. Bu mətni yazdım ki, gec deyil, ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Ümid edirəm, Azərbaycan incəsənətinə ləkə salanlar bir-bir təmizlənərsiniz. Buna əminəm, geci-tezi var!".

Milli.Az


Etiketlər:  Milyonlarla büdcə yeyildi Qarabağ müharibəsi haqda film çəkilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ