Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahunun oğlu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

Netanyahunun oğlu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

Tarix: 25 Mart 2023 23:52

"ABŞ Dövlət Departamenti İsraildə məhkəmə islahatlarına qarşı hökumət əleyhinə etirazları maliyyələşdirir".

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu paylaşdığı bir sıra tvit və retvitlərində bildirib.

Onun paylaşdığı tvitlərdən birində İsraildə keçirilən məhkəmə islahatlarına qarşı etirazların arxasında amerikalıların dayandığı deyilir. Bu, tvitə görə, iranlılarla razılığa gəlmək üçün Baş nazirə təzyiq göstərilir.

"ABŞ Dövlət Departamenti İsraildə Netanyahunu devirmək üçün keçirilən etirazların arxasında, görünür, iranlılarla razılığa gəlmək üçün dayanır".

Xatırladaq ki, Benyamin Netanyahu hökuməti məhkəmələrin səlahiyyətlərini məhdudlaşdırmaq üçün islahatlar aparmaq niyyətindədir.

Milli.Az


Etiketlər:  Netanyahunun oğlu Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ