Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 10:39
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İzmir vilayətində binalardan birinin girişində partlayış olub.
Trend-in məlumatına görə, partlayışın kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi bildirilir. Partlayıcı qurğu zibil qutusunda yerləşdirilibmiş.
Partlayış nəticəsində binanın bir hissəsinə ciddi ziyan dəyib. Ölən və xəsarət alan yoxdur.
Hadisə ilə bağlı başqa detallar açıqlanmır. Faktla bağlı araşdırmalar aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin