Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda qum fırtınası: xəsarət alanların sayı artır

İranda qum fırtınası: xəsarət alanların sayı artır

Tarix: 14 Avqust 2023 10:02

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətlərini bürümüş qum fırtınası nəticəsində azı 733 nəfər xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə əyalətin Tibb Elmləri Universitetinin rəis müavininə məlumat yayılıb.

Onun sözlərinə görə, son dörd gündə ən azı 733 nəfər Sistan və Bəlucistanın şimalındakı tibb müəssisələrinə yardım üçün müraciət edib. Onlardan 58-i hələ də mütəxəssislərin nəzarəti altında qalmağa məcburdur.

Həkimlər bildirirlər ki, zərərçəkənlərin tənəffüs, eləcə də ürək-damar və görmə sistemlərində problemlər var.

Qeyd edək ki, bu gün səhər saatlarında əyalətdə küləyin sürəti 94 km/saata çatıb, üfüqi görünmənin isə üç min metrə qədər azaldığını bildirilib. Sistan və Bəlucistanın beş şəhərində bütün dövlət qurumları bağlanıb. Fırtınanın İranın cənub-şərqində çərşənbə gününə qədər davam edəcəyi gözlənilir.


Milli.Az


Etiketlər:  İranda qum fırtınası xəsarət alanların sayı artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ