Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2023 12:04
"HƏMAS İsrail dövlətinə qarşı müharibəyə başlamaqla ciddi səhvə yol verdi".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant bildirib.
"Müdafiə Ordusu bölmələrinin əsgərləri düşmənin nüfuz etdiyi bütün istiqamətlərdə döyüşür. İsrail dövləti bu müharibədə qalib olacaq", müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS oktyabrın 7-də İsrailə müharibə elan edib.