Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni intellektdən möhtəşəm nəticə - Zəlzələ proqnozunu...

Süni intellektdən möhtəşəm nəticə - Zəlzələ proqnozunu...

Tarix: 8 Noyabr 2023 12:00

Süni İntellekt yaxın gələcəkdə zəlzələ nəticəsində baş verən insan tələfatını azaltmağı hədəfləyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Texas Universiteti alimləri tərəfindən süni intellektin seysmik ərazilərdə əhəmiyyəti öyrənilib.

Belə ki, Texas Universiteti alimləri tərəfindən təkmilləşdirilən süni intellekt bir həftə öncədən zəlzələnin baş verə biləcəyini proqnozlaşdırır. Yeddi ay müddətində Çində ən seysmik bölgələrdə sınaqdan keçirilən süni intellekt zəlzələnin baş verəcəyi ocağı 70 faiz dəqiqliklə müəyyən edə bilib.
Texas Universitetinin alimi Alexandros Savvaidis bununla da qlobal iqtisadi itkilərin və insan tələfatının 70 faizədək azalacağına inandığını bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə görə, təkcə 1998-2017-ci illərdə baş verən zəlzələlərdə 750 mindən çox insan həyatını itirib, 125 milyondan çox şəxs yaralanıb, evsiz-eşiksiz qalıb.

2000-2019-cu illərdə baş verən zəlzələlər nəticəsində hər il qlobal iqtisadiyyata orta hesabla 45 milyard dollar ziyan dəyib.


Etiketlər:  Süni intellektdən möhtəşəm nəticə Zəlzələ proqnozunu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ