Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda kişi sevgilisini öldürüb Gəncəyə qaçdı

Bakıda kişi sevgilisini öldürüb Gəncəyə qaçdı

Tarix: 18 Noyabr 2019 10:22

Bakı. Samir Əli - Trend:

Bakıda kişi sevgilisini boğaraq öldürüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

1991-ci il təvəllüdlü Cəmşidzadə Dönməz Qabil oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 30 ünvanında birlikdə kirayədə yaşadığı faktiki nikahda olduğu Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedərək bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib və sevgilisini öldürdüyünü deyib.

Hüquq-mühafizə orqanları əməkdaşları ilə birlikdə D.Cəmşidzadə hadisə baş verən ünvana gətirilib və evin yataq otağında qadının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, D. Cəmşidzadə saxlanılıb.


Etiketlər:  Bakıda kişi sevgilisini öldürüb Gəncəyə qaçdı


RƏYLƏR