Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmin epizodda bir qədər də bəxtimiz gətirdi'' - Pavel Hapal

''Həmin epizodda bir qədər də bəxtimiz gətirdi'' - Pavel Hapal

Tarix: 20 Noyabr 2019 03:12

 “Biz oyuna yaxşı başladıq və bir neçə təhlükəli epizodlar yaratdıq. Rəqib isə kompakt oynadı. Fasilədən sonra sanki Azərbaycan millisinin futbolçularında bir canlanma yaşandı. Bizdə isə əksinə, ikinci hissədə futbolçularım bir qədər həvəsdən düşdülər".

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsinin sonuncu turunda Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Uelsin hesabda öndə olması xəbəri də təsir etməyə bilməzdi. Azərbaycan millisinin hesabı bərabərləşdirmək imkanı oldu, ancaq qapıçımız əla çıxış edərək buna imkan vermədi. Həmin epizod zamanı bir qədər də bəxtimiz gətirdi. Ardınca isə ikinci qolu vurduq” - deyə o bildirib.

 


Etiketlər:  Həmin epizodda qədər bəxtimiz gətirdi Pavel Hapal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ