Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnəklərə görə dava ölümlə nəticələndi

İnəklərə görə dava ölümlə nəticələndi

Tarix: 16 Aprel 2024 01:24

Muşda evinə girən inəklərə etiraz edən 70 yaşlı Ömər Y. dava zamanı döyülərək öldürülüb.

Hadisə ilə bağlı biri əmisi oğlu olan iki şübhəli saxlanılıb.  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iddiaya görə, Varto mahalının Buzluqözə kəndinin Yıldızlar obasında; Ömər Y. əmisinin oğlu 50 yaşlı Kerem Y.-yə məxsus inəklərin evinə girdiyini söyləyərək etiraz edib.  

İki nəfər arasında dava düşüb. Ömər Y. aldığı zərbələr nəticəsində həyatını itirib. Kerem Y. və adı məlum olmayan 1 nəfər nəzarətə alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  İnəklərə görə dava ölümlə nəticələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ