Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2024 17:15
Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib.
Sonxeber.net-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı"nda əksini tapıb.
İcbari tibbi sığortanın Xidmətlər zərfi çərçivəsində TƏBİB‑in tabeliyində olan dövlət tibb müəssisələrinə 2022‐ci il ərzində 55%‐i qadın, 45%‐i kişi olmaqla 17 836 873 müraciət edilib. 2023‐cü ildə isə TƏBİB‐in tabeliyində olan dövlət tibb müəssisələrinə 22301393 müraciət daxil olub, onlardan 12585720 müraciət qadınlar (57%), 9715 673 müraciət isə kişilər (43%) tərəfindən edilib. Pasiyent sayı isə 5 011 538 olub. Onlardan 2 626 003 nəfərini qadınlar, 2385 535 nəfərini isə kişilər təşkil edib. Qadınların ən çox müraciət etdiyi sahələr endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri olduğu halda kişilərin ən çox müraciət etdiyi sahələr isə tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi, endokrin sistem xəstəlikləri olub.