Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu ölkə ilə birgə təlimlər keçirəcək

Rusiya bu ölkə ilə birgə təlimlər keçirəcək

Tarix: 27 May 2024 19:28

Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə uçuş-taktiki təlimləri keçirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Belarus KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Təlimlər zamanı əsas səylər dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəlib", - məlumatda bildirib.

Təlimlərdə müxtəlif aviasiya qüvvələrinin idarə olunması, onların döyüş hazırlığı tapşırıqlarını yerinə yetirərkən qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənəcək.

Manevrlər mayın 27-dən 31-dək baş tutacaq.

Milli.Az


Etiketlər:  Rusiya ölkə ilə birgə təlimlər keçirəcək


RƏYLƏR