Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yatmazdan əvvəl çiyələk yemək olar?

Yatmazdan əvvəl çiyələk yemək olar?

Tarix: 16 Iyun 2024 02:03

Çoxlarımız üçün sirr deyil ki, çiyələk orqanizm üçün çox faydalıdır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bəzən insanlar yatmazdan əvvəl çiyələk yeyirlər. Bəs, bu doğrudurmu? 

Mütəxəssislərin sözlərinə görə, çiyələk yemək üçün ən yaxşı vaxt 7-9 saat arasıdır. Çiyələklərin bizə verdiyi əlavələri ən yaxşı şəkildə nazik bağırsaq 07:00-dan 09:00-a qədər mənimsəyir.

Mütəxəssislər çiyələyin tərkibindəki antioksidantların, vitaminlərin və mineralların rahatlaşdırıcı təsirə malik olduğunu və bununla da daha tez və asan yuxuya getməyinizə kömək etdiyini bildirirlər.

Mütəxəssislər yaxşı yuxu almaq və sağlamlığınızı yaxşılaşdırmaq üçün yatmazdan təxminən bir saat yarım əvvəl bir neçə çiyələk yeməyi məsləhət görür. Amma yeməkdən dərhal əvvəl və sonra çiyələk yemək tövsiyə edilmir. Giləmeyvə çox miqdarda su və lif ehtiva etdiyi üçün bədənin qida maddələrinin udulmasına mənfi təsir göstərə bilər. Mütəxəssislər çiyələyi yeməkdən bir saat əvvəl və ondan 2 saat sonra yeməyi məsləhət görürlər.

Milli.Az


Etiketlər:  Yatmazdan əvvəl çiyələk yemək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ