Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 22:22
"Bu gün biz övladımız dünyaya gəlməmişdən düşünürük ki, uşaq hansı özəl xəstəxanada doğulacaq, çıxışda xərcimiz nə qədər olacaq, fotosessiya olacaqmı? Uşaq hansı özəl bağçaya, məktəbə gedəcək?"
Sonxeber.net bildirir ki, bu sözləri yenisabah.az-a psixoloq Əfsanə Rüstəmova deyib. Son illər gənc ailələrin uşaq sahibi olmaq istəməməsi və ya bu planı təxirə salma səbəbləri barədə danışan psixoloq bunun kökündə yatan səbəbləri açıqlayıb:
"Bu gün gənc ailələr dərhal övlad sahibi olmağa tələsmir, bundan uzaq qaçırlar. Bu hadisəyə uyğun şərh vermək üçün insanların böyüdüyü dönəmi müşahidə etmək lazımdır. "İndiki gənclər" dediyimiz böyük ehtimal 1985, 1990 və ya 1995-ci illərin uşaqlarıdır. Hətta 2000-ci illərin uşaqları artıq evlənirlər. Bu 10-20 illik dönəmi nəzərdən keçirməliyik ki, görək bu gənclər evlənəndə niyə uşaq istəmirlər.
Əlbəttə, biz bu sula cavab vermək üçün onların böyümə dönəmində yaşadıqlarına baxmalıyıq. Əgər biz tamamilə rasional dəyərləndirmə etsək görərik ki, indi ailə həyatı quran o yaş dönəminin uşaqları uşaq olanda gözlədikləri heç bir yanaşmanı, hətta böyümə dönəmində lazım olan psixoloji, pedaqoji, mənəvi, maddi dəstəyi görə bilməyiblər.
Belə olduğuna görə, gənclər uyğun uşaqlıq keçirmədikləri üçün onlar hazırkı dönəmdə uşaq istəmirlər. Bu barədə haradasa, onları haqlı da görmək olar. Sayt yaratmaq
Müəyyən yaşdan sonra bzi özümüz özümüzün valideyni olmalıyıq. Məsələn, biz "məni musiqiyə qoymayıblar, mənə velosiped almayıblar, məni xaricdə təhsil almağa göndərməyiblər, mənə istədiyim paltarı almayıblar" və bu kimi düşüncələr görə mütəmadi olaraq valideynlərimizi günahlandırırıq. Bir dönəm sonra biz bayaq sadaladıqlarımın hamısını özümüz özümüzə edə biləcəyimiz yaşa gəlib çatırıq".
Ə.Rüstəmova qeyd edib ki, dünyaya övlad gətirmək hər kəsin şəxsi seçimi olmalı və bu, normallaşdırılmalıdır:
"Bu gün gənclər öz istəklərini, tələbatlarını qarşılaya biləcək qədər gücü olmadıqlarını müşahidə etdikdən sonra başqa birinin tələbatlarını qarşılamaq onlara ağır yük kimi gəlir.
Həm də məzərə almalıyıq ki, bizim mentalitet evli ailədə qadının da yükünün kişiyə verilməsinin tərəfdarıdır.
Doğrudur, indiki gənclər bununla razılaşmırlar. Amma bizim izlədiyimiz ailə problemlərində yekun nəticə ora gəlib çıxır ki, qadınların böyümə dönəmində şüuraltı aldıqları o tərbiyə hazırki dövrdə "Ərim mənə baxmalıdır, məni saxlamalıdır" prinsipini dəstəkləyir. Belə olan halda da yeni birinin tələbatlarını qarşılamaq gənclər üçün ağır gəlir. Çünki biz artıq övladla bağlı "romantik" danışmırıq.
Artıq "Hər evə mütləq uşaq lazımdır", "Uşağın ruzisini Allah verər", "Bir evdən uşaq səsi gəlmirsə, o, ev deyil" kimi düşünülmür. Biz artıq düşünürük ki, uşaq hansı özəl xəstəxanada doğulacaq, çıxışda xərcimiz nə qədər olacaq, fotosessiya olacaqmı? Uşaq doğulan kimi harada baxılacaq? Hansı özəl bağçaya, məktəbə gedəcək? Biz artıq bu haqda danışmağa başlayanda belə kifayət qədər stress və həyəcan keçirməyə başlayırıq. Belə olan halda, gənclərin övlada yanaşması dəyişdiyi üçün böyük ehtimalla, uşaq istəmirlər. Amma mən bunun çox yayğın məsələ olduğunu düşünmürəm. Övlad spesifik düşünən gənclərin seçimidir. Bu da çox normaldır. Hamı evlənməli deyil, hamı dünyaya uşaq gətirməli deyil. Bunun normal olduğunu anlayanda bu tip mövzularını müzakirəsi də azala bilər".