Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Corc qardaşını axtarır - FOTO

Corc qardaşını axtarır - FOTO

Tarix: 7 Oktyabr 2024 15:30

Aktyor Corc Qafarov bir müddət əvvəl sosial şəbəkədə video yayaraq iş tapa bilmədiyini, ac qaldığını deyən qardaşını axtarır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Corc sosial şəbəkədə paylaşım edib. O, qardaşının evinin yerini bilənlərdən yardım istəyib.

"Qardaşım Jerar Qafarovun qaldığı ünvanı bilən mənə yazsın" deyə, Corc paylaşımında yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Jerard "İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm" deyə, paylaşım etmişdi.

Corc və Jerardı müğənni Roza Zərgərli övladlığa götürmüşdü. 

Milli.Az


Etiketlər:  Corc qardaşını axtarır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ