Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2025 02:05
Amerikanın biznes nəşri "Forbes" Hollivud aktyor və aktrisalarının illik reytinqini təqdim edib.
Sonxeber.net xəbər verir ki, reytinq cədvəlində onların illik qazancı qeyd edilib.
"Forbes"in siyahısında birinci yerdə Dueyn Conson dayanıb. Bildirilib ki, Hollivud ulduzu 1 il içində 88 milyon dollar qazanıb. Onun gəlirinin böyük hissəsi "Missiya: Qırmızı" filmindən və prodüseri olduğu, eyni zamanda əsas obrazı canlandırdığı "Moana 2" cizgi-filmindən olub.
Reytinqin ikinci və üçüncü pillələrində Rayan Reynolds (ilin sonunda yaranan qalmaqal 85 milyon dollar varlanmağa mane olmayıb) və Kevin Hart (81 milyon) qərarlaşıb. Siyahıda sonrakı yerləri komediya aktyoru Cerri Seynfeld (60 milyon dollar) və boşanmış Hyu Cekman (50 milyon dollar) tutub.
Lakin Bred Pitt və Corc Kluni "Yalnız Qurdlar" filmi ilə daha az qazanıblar. Onlar müvaffiq olaraq 32 və 31 milyon dollar qazanaraq reytinqdə 6-cı və 7-ci yerləri tutublar. Ən çox qazanan ilk iyirmilikdə daha da aşağı olanlar Çanninq Tatum, Cason Statham, Matt Damon və Coaquin Foeniksdir.
Aktrisalara gəldikdə isə, 8-ci yerdə "Pis qız"ın ulduzu Nikol Kidman (31 milyon dollar) dayanıb.
Ondan başqa, ən çox qazanan iyirmiliyə yalnız iki aktrisa daxil olub: "Qanun və Nizamnamə"nin ulduzu Mariska Harqitay (25 milyon dollar) və "Marvel"in ulduzu Skarlett Yohansson (21 milyon dollar)./axşam.az