Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 19:50
Rusiyada ölümcül 2019-nCoV koronovirusuna yoluxma ehtimalı ilə iki nəfər xəstəxanaya yerləşdirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, virusa yoluxduğu ehtimal olunan rusiyalı Şanxaydan Krasnoyarsk və Moskvadan keçid etməklə Sankt-Peterburqun Pulkovo aeroportuna gəlib.
Onun səhhəti barədə dəqiq məlumat verilmir. Ancaq "Telegram" kanalının məlumatına görə, uçuş zamanı onun temperaturu birdən-birə 38 dərəcəyə yüksəlib.
Müdafiə kostyumunda olan həkimlər onu xüsusi hermetik "günbəzli" yataqda aparıblar.
"Baza" Telegram kanalı bununla bağlı görüntüləri paylaşıb.
Kişinin olduğu aeroport isə xüsusi xlor tərkibli məhlulla təmizlənib.
Klinikaya yerləşdirilən digər sərnişin isə Çin vətəndaşıdır.
Hər iki şəxsdə eyni simptomlar müşahidə edilib.