Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 07:08
Venesuela təhlükəsizlik qüvvələri Kolumbiyanın "Los Rastrojos" cinayətkar qrupunun silahlılarını ölkənin qərbində həbs edib və maddi-texniki bazasını məhv ediblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Taçira sərhəd ştatının "müdafiəçisi" vəzifəsinə təyin olunan Freddi Bernal deyib.
Məlumata əsasən, əməliyyat Venesuela hökuməti tərəfindən ötən həftənin sonunda ölkədə başlayan hərbi təlim çərçivəsində həyata keçirilib.
Onun sözlərinə görə, təşkilatın 14 üzvünü saxlanılıb, onların yanacaq ehtiyatları və maddi-texniki təminatı vasitələri məhv edilib.
F.Bernal qeyd edib ki, əməliyyat zamanı cinayətkarların silah-sursat, mobil avadanlıq, nəqliyyat vasitələri və yanacaq saxladığı anbarlar məhv edilib. Bundan əlavə, Boca de Qrito şəhərində kolumbiyalı hərbçilərə tibbi yardım göstərən xəstəxana da məhv edilib.