Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neft müharibəsi: Rusiya Ər-Riyada qalib gələcək - Forbes

Neft müharibəsi: Rusiya Ər-Riyada qalib gələcək - Forbes

Tarix: 12 Mart 2020 19:44

OPEK+ müqaviləsinin pozulmasından sonra başlanan neft müharibəsində Rusiya Səudiyyə Ərəbistanı üzərində qələbə çalacaq.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalında yazılıb. Amerikan nəşri iddiasını bir neçə səbəblərlə əsaslandırıb.

Məqalədə deyilib ki, Rusiya Prezidenti Vladimir Putin və ölkənin Energetika naziri Aleksandr Novak neftlə bağlı çətin qərarların verilməsi məsələsində olduqca təcrübəlidirlər:

"Digər tərəfdən, Rusiya bu konfrantasiyada inadkarlıq göstərəcək və Səudiyyənin təslim olmaq və OPEK-i bazarı sabitləşdirməyə təşviq etmək üçün kifayət qədər səbəbləri var. Görünür, Ər-Riyad müəyyən zamandan sonra gərginliyin azaldılması üçün güzəştə gedəcək və bazarın sabitliyi üçün nə isə edəcək".


Etiketlər:  Neft müharibəsi Rusiya Riyada qalib gələcək Forbes


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ