Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb

Tarix: 16 Aprel 2020 08:00

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 284 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 obyekt azdır.

Trend bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin martı ilə müqayisədə 15 obyekt azdır.

2020-ci ilin martında Türkiyədə 108 670 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 3,4 faiz çoxdur.

Ötən ay əcnəbilər Türkiyədə 3 036 daşınmaz əmlak əldə edib. Bu, 2019-cu ilin martı ilə müqayisədə 3 faiz azdır.


Etiketlər:  Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ