Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netflix servisi bazar dəyərinə görə Disney şirkətini geridə qoydu

Netflix servisi bazar dəyərinə görə Disney şirkətini geridə qoydu

Tarix: 21 Aprel 2020 08:48

Netflix servisinin səhmlərinin qiyməti 3.2% yüksəldi. Beləliklə şirkətin bir səhminin qiyməti 426.75$ təşkil etdi. Şirkətin sonuncu buna bənzər rekordu 2018-ci ilin iyul ayında müşahidə olunmuşdu. Həmin vaxtda Netflix-in bir səhminin qiyməti 419$ təşkil etmişdi. Bu barədə The Wrap saytı xəbər verib. Disney şirkətinin səhmləri isə aşağı düşməyə davam edir. Dünənki səhm satışları zamanı Disney şirkətinin bir səhminin qiyməti 103.37$ təşkil etdi. Beləliklə şirkətin səhm qiymətləri 14 apreldəki göstəricilərdən 2.5% aşağı oldu.

Nəticə etibarilə Netflix servisinin bazar dəyəri 187.26 milyard dollara yüksəldi. Disney-də bu göstərici 186.63 milyard dollardır. Disney şirkətinin mövqelərinin bu dərəcədə zəifləməsi koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, şirkət öz yeni filmlərinin premyeralarını təxirə salıb və parklarını bilinməyən müddətə kimi bağlayıb. Bu ilin əvvəlində şirkətin bir səhminin qiyməti 148$ təşkil edirdi. Bununla paralel olaraq Netflix servisinin qiyməti qalxmaqda davam edir. Bu ilin yavar ayndan bəri onun səhmləri 40% yüksəliş sərgiləyiblər.

Yüksək artım dinamikası onunla bağlıdır ki, ABŞ-da və Avropada olan milyonlarla insan koronavirus pandemiyası səbəbilə evdə oturmalı olur. Bununla yanaşı belə bir böyük ehtimal var ki, yaxın zamanda Netflix-in yüksək böyümə tempi ləngisin və hətta ümumiyyətlə dayansın. Əgər dünyada olan hal hazırki vəziyyət yaxın zamanda düzəlməsə, Netflix yeni kontent qıtlığı problemi ilə qarşılaşacaq. Bundan əlavə olaraq alıcılıq qabilyyətinin aşağı düşməsi nəticəsində bəzi istifadəçilər aylıq abunəlikdən də imtina edəcəklər.


Etiketlər:  Netflix servisi bazar dəyərinə görə Disney şirkətini geridə qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ