Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 13:10
PSJ-nin hücumçusu Neymarın anası Nadin Qonsalves 23 yaşlı sevgilisi Tyaqo Ramosdan ayrılıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 10 gün əvvəl sevgilisi ilə şəklini "İnstaqram" səhifəsində paylaşan Qonsalvesin Ramosla birgəliyi uzun çəkməyib. Neymarın anası sevgilisinin başqa kişi ilə münasibətini öyrəndikdən sonra onu tərk edib.
Qeyd edək ki, Neymar anasını paylaşdığı şəklə belə bir şərhi yazmışdı: “Xoşbəxt ol, ana. Səni sevirəm”.