Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kovidiot, karantin, zumbombinq: Koronavirus daha hansı neologizmlər gətirdi?

Kovidiot, karantin, zumbombinq: Koronavirus daha hansı neologizmlər gətirdi?

Tarix: 25 Aprel 2020 23:48

Koronavirus epidemiyası beynəlxalq sözlər sırasına altı ay əvvəl mənasız görünən, lakin bu gün aktiv formada işlədilən neologizmlər də gətirdi.

Pandemiyaya görə, dünya əhalisinin əksəriyyəti evdə karantin rejimində qalaraq, dünyadakı vəziyyət barədə məlumat mənbəyi kimi sosial şəbəkələrə müraciət edirlər. Şəbəkə istifadəçilərinin bir çoxu gecə saatlarınadək internetdə onlayn olub, fərqli ölkələrdə virusla bağlı hadisələri izləyir. Bu cür destruktiv davranış, insan zehnini və görmə qabiliyyətini olduqca zəiflədir.

Bu şəkildə davranan insanları adlandırmaq üçün internetdə xüsusi termin olacaq söz - dumskrollinq (red: ingiliscə doomskrolling) yaranıb. Yeni ifadə mənfi xəbərlərin uzun müddət oxuyan insanı xarakterizə edir. Bu neologizm sosial şəbəkə istifadəçiləri tərəfindən aktiv istifadə olunur.

Dumskrollinq pandemiyasının beynəlxalq lüğətə etdiyi yeganə hədiyyə deyil. Virusla əlaqədər evdən iş rejiminə keçid kütləvi hal aldı. Bu zaman da Zoom tətbiqi olduqca populyarlaşdı. İstifadəçi sayı olduqca çoxalan tətbiq hakerlər tərəfindən kütləvi kiberhücumlara məruz qaldı. Bu hadisə isə şəbəkə istifadəçilərinin dilinə yeni söz olan zumbombinqi (red: ingiliscə zoombombing) gətirdi.

Özünü izolyasiya və video əlaqə ilə yanaşı, pandemiya zamanı bütün dünyada yaşayan insanların həyatında daha bir yenilik onlayn qonaqlıqlar peyda oldu. Onlayn qonaqlıqda iştirakçılar özlərinə eyni yeməyi hazırlayıb, kamera qarşısında yeyirdilər. Bu kimi vəziyyətdə içilən alkaqollu içkilər karantini (red: ingiliscə quarantini) adlanırdı. Bu söz martini içkisinə uyğunlaşdırılıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, "COVID-19"un yaratdığı daha bir neologizm kovidiot (red: ingiliscə covidiot) sözüdür. Kovidiot sözü koronavirusu təhlükəli hesab etməyən, özünü izolyasiya qaydalarına riayət etməyən şəxslərə deyilir.

Sosial şəbəkələrdə daha bir yeni söz olan koroniala (red: ingiliscə coronials) da rast gəlmək olur. Bu söz isə pandemiya dövründə hamilə olan qadınların doğulacaq uşaqlarına deyilir.

Pandemiya dövründə boşanan cütlüklərin sayı da az deyil. Virusun geniş yayıldığı zaman boşanan cütlüklərərə kovidovors (red: ingiliscə covidivorce) deyilir.


Etiketlər:  Kovidiot karantin zumbombinq Koronavirus daha hansı neologizmlər gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ