Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Litvada NATO təlimləri başlayıb

Litvada NATO təlimləri başlayıb

Tarix: 9 Iyun 2019 05:12

Bakı. Trend:

Litvada 10 ölkədən 4 minədək hərbi qulluqçunun iştirakı və min vahiddən çox hərbi texnikanın cəlb edildiyi “Gelezinis Vilkas” irimiqyaslı manevrlər başlayıb.

Trend-in məlumatına görə, bu barədə Litva ordusunun komdandalığı bildirib.

Məlumata əsasən, təlimlərdə Litva Silahlı Qüvvələrinin bölmələri, eləcə də NATO müttəfiqlərinin şəxsi heyəti və texnikası iştirak edir. Məqsəd bütün bu qüvvələrin və vasitələrin döyüş missiyalarını effektiv planlaşdıra və həyata keçirə bilən tək döyüş sisteminə inteqrasiyasıdır.

Təlimlərdə Litva hərbiçiləri ilə yanaşı, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Polşa, ABŞ, Çexiya və Estoniyanın hərbi qulluqçuları iştirak edirlər. Onların bir hissəsi NATO-nun Litvada toplu batalyonuna daxildir.

İki həftə davam edəcək təlimlər Litva ordusunun Pabrade şəhərində yerləşən poliqonunda və Qayjyunay poliqonunda keçiriləcək.


Etiketlər:  Litvada NATO təlimləri başlayıb


RƏYLƏR