Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Windows 7-nin yerini hansı əməliyyat sistemləri tutub?

Windows 7-nin yerini hansı əməliyyat sistemləri tutub?

Tarix: 11 Iyun 2020 21:56

Windows 7 ən məşhur əməliyyat sistemi (ƏS) kimi dünyada ikinci olaraq qalıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə NetMarketShare analitik şirkətin araşdırmasında deyilir.  

Kompüter sahiblərinin 24,28%-i 2009-cu ildə istifadəyə verilən məhz bu əməliyyat sistemindən istifadə edir, bu da ümümi reytiq cədvəlində 2-ci yerdir.

Analitiklərə görə, birinci yerin sahibi, həmçinin ən populyar əməliyyat sistemi  Windows 10-dur, istifadəçilərin 57,83%-i məhz bu ƏS-ni seçib.

Üçüncü və dördüncü yerləri isə Windows 8.1 və macOS X 10.14 əməliyyat sistemləri tutub.

Mütəxəssislərin məlumatına görə, Windows 7 düz 12 ay bazarın 35 faizində pay düşürdü. Eyni zamanda, 2020-ci ilin yanvar ayından etibarən OS-nin dəstəyinin sona çatması elan edildikdə, istifadəçilərin sayı əhəmiyyətli dərəcədə dəyişilməyib.


Etiketlər:  Windows yerini hansı əməliyyat sistemləri tutub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ