Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb

Tarix: 16 Iyun 2020 09:15

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 11,7 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 100 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 4 288 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 50,2 faiz azdır.


Etiketlər:  Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb


RƏYLƏR