Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada sosial məsafəni qoruyan səsli maska yaradılıb

Yaponiyada sosial məsafəni qoruyan səsli maska yaradılıb

Tarix: 20 Avqust 2020 21:56

Yaponiyada bir texnologiya şirkəti sosial məsafəni qoruyan və yapon dilindən 8 dilə tərcümə edə bilən mikrofonlu üz maskası hazırlayıb.

Donut Robotics texnologiya şirkəti tərəfindən hazırlanan maska ​​koronavirusdan birbaşa qorunmanı təmin etmir, çünki ağız hissəsində boşluqlar var.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, plastik və silikondan hazırlanan maska ​​standart üz maskası üzərindən geyilir.

Maska bluetooth köməyi ilə telefon və ya planşetə qoşulur, danışığı mətn mesajlarına çevirir və səsləndirir.

Şirkət maskada istifadə edilən tərcümə proqramının əslində bir robot üçün hazırlandığı, ancaq koronavirus epidemiyası başlayanda onu maskaya ​​tətbiq etdiklərini bildirib.

40 dollar qiyməti olan maska ​​sentyabr ayında satışa çıxarılacaq.


Etiketlər:  Yaponiyada sosial məsafəni qoruyan səsli maska yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ