Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb

Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb

Tarix: 21 Noyabr 2020 23:20

Bakı. Trend:

Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turu başa çatıb.

Trend-in "News Georgia"ya istinadən verdiyi məlumata görə, 17 majoritar dairə üzrə keçirilən II tur üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermə prosesində seçicilərin passivliyi müşahidə edilib, seçkilərdə seçici fəallığı 26,29 faiz təşkil edib.

Qeyd edək ki, seçkilərin birinci turu oktyabrın 31-də keçirilib.


Etiketlər:  Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ