Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 14:56
Ermənistanda, təxminən 180 hərbçi, 12 komandir, 2 yüksək rütbəli zabit həbs edilib.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Joxovurd" erməni qəzeti yazıb.
Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin bölmələrində Qarabağ müharibəsi ilə bağlı 12 500-dən çox insanın iştirak etdiyi 1500-ə yaxın cinayət işi açılıb. Bu çərçivədə 500-dən çox insan məhkəməyə verilib.
Qəzetin mənbələrinə əsasən, cinayət işlərinin ilkin istintaqı çərçivəsində 103 mindən çox insanın, o cümlədən 3300-dən çox ölü, 9 mindən çox yaralı, 90 mindən çox "məcburi köçkünün" qurban kimi tanınmasına qərar verilib.